Bu il mal və qoyun əti 10 faizə qədər bahalaşıb

Bu il mal və qoyun əti

2025-ci ilin yanvar-oktyabr ayları ərzində mal və qoyun ətlərinin pərakəndə satış qiymətlərində artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin  məlumatına görə sümüklü mal ətinin kiloqram qiyməti yanvar ayında 14,46 manat təşkil edirdisə, oktyabr ayında 15,94 manata yüksəlib. Yerli məhsulların qiymətində eyni artım qeydə alınıb, idxal ətləri statistikada qeyd olunmayıb.

Sümüksüz mal ətinin kiloqram qiyməti isə 17,56 manatdan 19,30 manata qədər artıb.

Sümüklü qoyun ətinin qiymətində də yüksəliş müşahidə olunub. Yanvar ayında kiloqramı 17,74 manat olan məhsul oktyabrda 18,76 manata satılıb.

Ümumilikdə, ilin 10 ayı ərzində mal və qoyun ətlərinin qiymətlərində təxminən 9-10 faiz artım baş verib.

MONETAR.AZ