ABŞ-da faiz endirimi proqnozları artdıqca qızıl bahalaşır

ABŞ-da faiz endirimi proqnozları artdıqca

ABŞ-da faiz endirimlərinə dair gözləntilərin artması qızılın qiymətində yüksəlişə səbəb olub. Son günlər siyasətçilərin daha yumşaq mövqe sərgiləməsi 10 dekabrda keçiriləcək Federal Ehtiyat Sistemi (Fed) iclasında faiz endiriminin mümkünlüyünü yenidən gündəmə gətirib.

ABŞ Əmək Nazirliyinin Çərşənbə günü açıqladığı məlumata görə 22 noyabrda başa çatan həftədə işsizlik müavinəti üçün müraciətlərin sayı gözlənilmədən azalaraq aprelin ortalarından bəri ən aşağı səviyyəyə enib. Mütəxəssislər hesab edir ki, bu göstərici Fed-in qarşıdakı ay faiz endirimindən imtina etməsinə səbəb olmayacaq.

Faiz endirimi gözləntilərini gücləndirən digər amil isə Prezident Donald Trampın baş iqtisadi müşavirinin növbəti Fed rəhbəri postuna ən real namizəd kimi önə çıxmasıdır. Ekspertlərə görə namizədin pul siyasətinə yanaşması gələcək qərarlara da təsir göstərə bilər.

Qızılın dəyəri adətən, faizlərin aşağı olduğu dövrlərdə yüksəlir. Çünki bu aktiv faiz gəliri gətirmədiyindən, aşağı faiz mühitində investorlar üçün daha cəlbedici olur. Bu şəraitdə Deutsche Bank və Goldman Sachs da gələn ilə dair qızıl qiyməti proqnozlarını artırdı.

Monetar.az