Analitiklər: qızılın enişi müvəqqətidir, bərpa gözlənilir

Analitiklər: qızılın enişi müvəqqətidir,

UBS analitikləri hesab edir ki, qızılın son dövrlərdəki kəskin ucuzlaşması uzunmüddətli trend deyil və metal yaxın aylarda yenidən bahalaşa bilər.

Bankın məlumatına görə, Gold ilin əvvəlində güclü artım göstərsə də (yanvarda təxminən 25%), hazırda 2026-cı ildə əldə etdiyi qazancın demək olar ki, hamısını itirib. Son bir ayda qiymətlər təxminən 11% geriləyib.

UBS qeyd edir ki, geosiyasi gərginliyin artmasına baxmayaraq qızılın ucuzlaşması ilk baxışda məntiqsiz görünsə də, bu, tarixi tendensiyalarla üst-üstə düşür. Bank vurğulayır ki, qızıl münaqişələrin ilk mərhələsində həmişə bahalaşmır. Burada əsas rol iqtisadi mühitə məxsusdur.

Hazırkı vəziyyətdə enerji qiymətlərinin artması inflyasiya gözləntilərini yüksəldib və mərkəzi bankların daha sərt pul-kredit siyasəti aparacağı ehtimallarını gücləndirib. Bu isə faiz gəliri gətirməyən aktivlər, o cümlədən qızıl üçün alternativ xərcləri artırır.

UBS-in fikrincə, bazarlar artıq Federal Reserve System-in siyasəti ilə bağlı gözləntilərini kəskin şəkildə dəyişib: əvvəl 2026-cı ildə bir neçə faiz endirimi gözlənildiyi halda, indi ümumiyyətlə yumşalma ehtimalı azalıb, hətta faiz artımı ehtimalı da müzakirə olunur. Eyni yanaşma European Central BankBank of England üçün də müşahidə edilir.

Bununla belə, UBS bu reaksiyanı həddindən artıq hesab edir. Bank düşünür ki, yüksək enerji qiymətləri iqtisadi artımı zəiflədə bilər və nəticədə mərkəzi banklar yenidən yumşaq siyasətə qayıtmağa məcbur ola bilər. Bu isə qızıla olan tələbi artıracaq.

UBS-in proqnozuna görə, qızılın qiyməti 2026-cı ilin iyun ayının sonuna qədər unsiya üçün təxminən 6200 dollara yüksələ bilər, daha sonra isə 2027-ci ilin əvvəlində 5900 dollar səviyyəsinə qədər bir qədər geriləyə bilər.

MONETAR.AZ