Qlobal bazarlarda Brent və West Texas Intermediate (WTI) qiymətləri çoxillik maksimumlara yaxın səviyyədə qalır.
Asiya sessiyasında iyun fyuçersləri üzrə Brent markalı neftin qiyməti 0,5% artaraq 104,47 dollar/barelə çatıb. Eyni zamanda, may fyuçersləri üzrə WTI 0,8% bahalaşaraq 102,21 dollar/barel olub.
Bazar iştirakçıları Donald Trump-ın İranla bağlı ziddiyyətli siqnallarını qiymətləndirirlər. ABŞ prezidentinin müharibənin Hörmüz boğazı açılmadan başa çata biləcəyini deməsi qeyri-müəyyənliyi artırıb.
Əvvəlki sessiyada Brent fyuçersləri təxminən 5% artaraq 118,31 dollar/barel səviyyəsində bağlanmışdı, WTI isə 101,62 dollar/barelə qədər geriləmişdi.
Ümumilikdə, mart ayında neft bazarında güclü rallı müşahidə olunub. Brent qiymətləri ay ərzində 63%-dən çox artıb. Bu artım əsasən tədarük zəncirində uzunmüddətli fasilələrə dair narahatlıqlarla bağlıdır.
MONETAR.AZ