Son saatlarda maliyyə və əmtəə bazarlarında bir sıra qiymət dəyişiklikləri qeydə alınıb. Kriptovalyuta bazarında Ethereum 3.81%, Bitcoin 1.56%, XRP isə 1.20% bahalaşıb.
Kənd təsərrüfatı məhsulları arasında portağal şirəsinin qiyməti 5.55%, kakao 3.68%, buğda isə 1.86% artıb.
Metallar bazarında gümüş 7.23%, qızıl 3.34%, platin 3.25% yüksəlib. Eyni zamanda silikonun qiyməti 1.60%, litium karbonatın 0.91%, armatur poladın isə 0.64% azalıb.
Enerji bazarında isə eniş müşahidə olunub. Avropa təbii qazı 8.66%, Böyük Britaniya təbii qazı 8.28%, Almaniya qaz indeksi 6.29%, Brent markalı neft 2.90%, WTI xam nefti isə 1.29% ucuzlaşıb.
MONETAR.AZ