Asiya sessiyasında WTI markalı neft ucuzlaşıb

Asiya sessiyasında WTI markalı

Bu gün Asiya ticarət sessiyasında WTI markalı neft fyuçerslərinin qiyməti eniş nümayiş etdirib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) oktyabr tədarüklü WTI markalı neftin fyuçersləri materialın hazırlandığı vaxt 0,51% ucuzlaşaraq bir barel üçün 81,81 dollara düşüb. Bu eniş Yaxın Şərqdə gərginliyin yumşalacağına dair gözləntilərin güclənməsi fonunda müşahidə olunub.

Sessiya ərzində WTI neftinin ən aşağı qiyməti 79,65 dollar olub. Texniki baxımdan 79,65 dollar səviyyəsi əsas dəstək, 87,51 dollar isə mühüm müqavimət həddi kimi qiymətləndirilir.

ABŞ dollarının altı aparıcı valyutaya nisbətdə məzənnəsini əks etdirən Dollar İndeksi (DXY) fyuçersləri isə 0,01% artaraq 99,08 bənd səviyyəsində ticarət olunub.

ICE birjasında isə noyabr tədarüklü Brent markalı neftin fyuçersləri 0,52% ucuzlaşaraq bir barel üçün 86,49 dollara enib. Beləliklə, Brent və WTI markaları arasındakı qiymət fərqi bir barel üçün 4,68 dollar təşkil edib.

MONETAR.AZ