Əmtəə bazarında son qiymət dəyişiklikləri

Əmtəə bazarında son

 Dünya əmtəə bazarında buğdanın qiyməti 6,56 faiz yüksələrək günün ən çox bahalaşan məhsulu olub.

Monetar.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları arasında yulafın qiyməti 3,22 faiz, düyünün qiyməti isə 3 faiz artıb.

 Eyni zamanda, qəhvənin qiyməti 4,32 faiz, palma yağının qiyməti isə 1,90 faiz ucuzlaşıb.

 Metallar bazarında litium karbonatın qiyməti 2,71 faiz, mis 1,61 faiz, qızıl isə 1,34 faiz geriləyib. Dəmir filizinin qiymətində isə 0,91 faiz artım qeydə alınıb.

 Enerji əmtəələri arasında ən böyük ucuzlaşma metanolun qiymətində olub. Onun qiyməti 6,86 faiz azalıb. Kokslaşan kömür 1,15 faiz, “Brent” markalı xam neft isə 0,72 faiz ucuzlaşıb.

 Bunun əksinə, təbii qazın qiyməti 3,29 faiz, benzinin qiyməti 2,77 faiz, soba yanacağının qiyməti isə 0,96 faiz yüksəlib.