“Sabah”ın rəqibləri bu gün müəyyənləşəcək

“Sabah”ın rəqibləri

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı rəqiblərin müəyyənləşəcəyi püşkatmanın vaxtı açıqlanıb. Monetar.az xəbər verir ki, püşkatma avqustun 27-də Monakoda keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 36 komandanın rəqibləri müəyyənləşəcək.

“Sabah” Liqa mərhələsində 8 fərqli rəqiblə qarşılaşacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək.

Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 8-10-da keçiriləcək.