DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib

DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 6-cı nömrəsini oxuculara təqdim edib.

Jurnalda 2026/2027-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahıları ixtisas qrupları üzrə dərc olunub. I, II və III ixtisas qruplarının hər biri ayrıca jurnalda, IV və V ixtisas qrupları isə birgə nəşrdə təqdim edilib.

Nəşrdə, həmçinin ödənişli və dövlət sifarişi əsasında təhsil aparılan ixtisaslar üzrə müsabiqənin keçid balları, dövlət sifarişi ilə qəbul olunan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə bölgüsü, müsabiqədənkənar qəbul olunan abituriyentlərin siyahısı və digər statistik məlumatlar yer alıb.

“Abituriyent” jurnalının elektron versiyasını (PDF formatında) aşağıdakı ünvandan əldə etmək mümkündür:

www.abiturient.az