Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında artım müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamətdə yığımların həcmi əhəmiyyətli dərəcədə yüksəlib. Könüllü sığorta üzrə yığımlar 106 milyon 747 min manat və ya 14,9 faiz artaraq 823 milyon 48 min manat təşkil edib.
Monetar.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin ilk 7 ayında könüllü sığorta üzrə 716 milyon 301 min manat yığım qeydə alınmışdı.
Artımın əsas hissəsi həyat sığortasının hesabına formalaşıb. Könüllü həyat sığortası üzrə yığımlar 14,8 faiz artaraq 542 milyon 150 min manata çatıb.
Qeyri-həyat sığortası üzrə yığımlar isə 15,1 faiz artaraq 280 milyon 898 min manat olub.
Əmlak sığortası üzrə yığımlar 23,8 faiz artaraq 179 milyon 280 min manata yüksəlib.