Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunda baş məsləhətçi vəzifəsi üzrə müddətli vakansiya elan edilib.
Namizədin əsas əmək funksiyalarına aşağıdakılar daxildir:
- İmtahan fənləri üzrə qəbul proqramlarını hazırlamaq və zəruri hallarda yeniləmək;
- Test tapşırıqlarının hazırlanması üçün ekspertlərin cəlb olunmasını və onların fəaliyyətinin təşkilini təmin etmək;
- Test tapşırıqları bankının mütəmadi təftişini təşkil etmək;
- Test tapşırıqlarının hazırlanması və ekspertizasında iştirak etmək;
- Sual kitabçalarına daxil ediləcək test tapşırıqlarının qapalı şəraitdə yoxlanılması və ekspertizasını həyata keçirmək;
- Ekspertlərin fəaliyyətinin keyfiyyətinə nəzarət etmək;
- Ekspertiza prosesinin nəticələrini sənədləşdirmək;
- Metodik vəsait və topluların hazırlanmasında iştirak etmək;
- Sektora daxil olan müraciətləri araşdırmaq və cavablandırmaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
- Hüquqşünaslıq üzrə ali təhsil;
- Minimum 2 il iş stajı;
- Test metodologiyası üzrə biliklər;
- Azərbaycan dilini yüksək, ingilis və rus dillərini orta səviyyədə bilmək;
- MS Windows, MS Office və internet resurslarından sərbəst istifadə bacarığı;
- Analitik və metodoloji düşüncə;
- Diqqətlilik və məsuliyyətlilik;
- Məlumatların məxfiliyini qorumaq bacarığı;
- Ekspertlərlə işləmək bacarığı və intizamlılıq.
Namizədlər 6 sentyabr 2026-cı il tarixinədək DİM-in elektron portalı vasitəsilə müraciət edə bilərlər.
Müraciət zamanı “İmtahanlar sektoru – baş məsləhətçi” vakansiyası seçilməli və elektron ərizə forması doldurularaq göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.