Rusiyada 2026-cı ildə neft və qaz ehtiyatlarının bərpa olunacağı gözlənilir

Rusiyada 2026-cı ildə neft və qaz ehtiyatlarının

Rusiyada 2026-cı ilin ilk yarısında neft və kondensat ehtiyatları 45 milyon ton, qaz ehtiyatları isə 155,5 milyard kubmetr artıb. Təbii Sərvətlər naziri Aleksandr Kozlovun sözlərinə görə, ilin sonunadək ehtiyatların tam bərpa olunacağı gözlənilir.

2025-ci ildə Rusiyada kondensatla birlikdə neft hasilatı əvvəlki illə müqayisədə 0,9% azalaraq 511,5 milyon ton təşkil edib. Təbii və səmt neft qazının hasilatı isə 3% azalaraq 663,3 milyard kubmetrə düşüb.

İqtisadi İnkişaf Nazirliyinin may ayında açıqladığı proqnoza əsasən, 2026-cı ildə kondensatla birlikdə neft hasilatının təxminən ötənilki səviyyədə qalaraq 511 milyon ton olması gözlənilir.

Nazirliyin bazis ssenarisinə görə, neft hasilatı 2027-ci ildə 516 milyon tona, 2028–2029-cu illərdə isə 525 milyon tona yüksələ bilər. Qaz hasilatının isə 2026-cı ildə 680,2 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.

MONETAR.AZ