2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın Baltikyanı ölkələrlə — Estoniya, Latviya və Litva ilə ticarət dövriyyəsi 40 milyon 439,5 min ABŞ dolları təşkil edib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz və ya 12 milyon 600,82 min dollar azdır.
Hesabat dövründə Azərbaycanın Baltikyanı ölkələrə ixracı 8 milyon 603,81 min dollar olub. İllik müqayisədə ixrac 65 faiz və ya 16 milyon 4,41 min dollar azalıb.
Eyni zamanda, Azərbaycana Baltikyanı ölkələrdən 31 milyon 835,69 min dollar dəyərində məhsul idxal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz və ya 3 milyon 403,59 min dollar çoxdur.
Beləliklə, Baltikyanı ölkələrlə ticarət Azərbaycanın ümumi ixracının 0,05 faizini, ümumi idxalının isə 0,33 faizini təşkil edib.
