Qum-çınqıl yataqları hərraca çıxarılır

Qum-çınqıl yataqları

Füzuli və Qəbələ rayonlarında yerləşən iki qum-çınqıl yatağının üç lotu yer təkinin istifadəsi üzrə hərraca çıxarılır.

 Hərrac 26 avqust 2026-cı il saat 11:00-da Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.

 Füzuli rayonu – “Arayatlı” yatağı:

 1-ci lot: 680,4 min kubmetr qum-çınqıl, 24,3 hektar sahə. Başlanğıc qiymət 68 040 manat, beh 6 804 manat, iştirak haqqı 1 080 manatdır.

2-ci lot: 432 min kubmetr qum-çınqıl, 14,4 hektar sahə. Başlanğıc qiymət 43 200 manat, beh 4 320 manat, iştirak haqqı 810 manatdır.

 Qəbələ rayonu – “Bumçay” yatağı:

 1-ci lot: 412,5 min kubmetr qum-çınqıl, 27,5 hektar sahə. Başlanğıc qiymət 41 250 manat, beh 4 125 manat, iştirak haqqı 810 manatdır.

 Hər üç lot üzrə faydalı qazıntının istismar müddəti 1 ilədəkdir.

Hərracın qalibi yatağın istismarı zamanı ekoloji və texniki təhlükəsizlik tələblərinə, rekultivasiya, faydalı qazıntı ehtiyatlarının qorunması və uçotunun aparılması, ətraf mühitin mühafizəsi və digər müəyyən edilmiş şərtlərə əməl etməlidir.

MONETAR.AZ