Dünya əmtəə bazarında əsas məhsulların qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. Brent markalı neftin qiyməti 4,16 faiz, kanolanın qiyməti isə 2,64 faiz ucuzlaşıb.
Monetar.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları arasında ən çox bahalaşan məhsul kanola olub. Onun qiyməti 2,64 faiz artıb.
Raps yağı 2,11 faiz, qarğıdalı isə 1,89 faiz bahalaşıb. Eyni zamanda, şəkərin qiyməti 2,27 faiz, qəhvənin qiyməti isə 1,99 faiz azalıb.
Metal bazarında litium karbonatın qiyməti 2,18 faiz düşüb. Platin 1,33 faiz, qızıl isə 0,07 faiz ucuzlaşıb. Misin qiyməti 1,47 faiz, silikonun qiyməti isə 0,52 faiz artıb.
Enerji bazarında isə əsas məhsullar üzrə ucuzlaşma müşahidə olunub. Brent markalı neft 4,16 faiz, Böyük Britaniyada təbii qaz 4 faiz, WTI markalı neft isə 3,28 faiz ucuzlaşıb.
Bununla yanaşı, kokslaşan kömürün qiyməti 0,97 faiz, metanolun qiyməti isə 0,68 faiz artıb.