Bitcoinin məzənnəsi may ayından bəri ilk dəfə 81 000 dolları keçib

Bitcoinin məzənnəsi may ayından bəri ilk dəfə

Kriptovalyuta bazarında nikbinliyin güclənməsi fonunda Bitcoinin qiyməti may ayının ortalarından bəri ilk dəfə 81 000 dollar həddini keçib.

"Bloomberg" yazır ki, bazarda yüksəliş siqnallarının artması marja ticarətində milyardlarla dollarlıq mövqenin likvidasiyasına səbəb olub.

Bitcoin gün ərzində 4%-dən çox bahalaşaraq 80 729 dollara yüksəlib. Kriptovalyuta daha əvvəl 81 231 dollar səviyyəsində günün maksimumunu yeniləyib. Ötən həftə Bitkoinin qiyməti 23% artıb ki, bu da təxminən son üç ilin ən güclü həftəlik yüksəlişidir. Buna baxmayaraq, aktiv hələ də ötən ilin oktyabrında qeydə alınmış təxminən 126 000 dollarlıq tarixi zirvədən xeyli aşağıdadır.

Bitcoinə marağın yenidən artmasının əsas səbəblərindən biri ABŞ-da dolların dəyərsizləşməsi ilə bağlı gözləntilərin güclənməsidir. ABŞ Maliyyə naziri Skott Bessentin uzunmüddətli gəlirlilikləri aşağı salmaq məqsədilə xəzinə istiqrazlarının geri alışlarının artırılacağını açıqlaması dollar üzərində təzyiqi gücləndirib.

MONETAR.AZ