Əmtəə bazarında gün ərzində müxtəlif istiqamətlər üzrə qiymət dəyişiklikləri qeydə alınıb. Kənd təsərrüfatı məhsulları arasında qəhvənin qiyməti 5,94 faiz artaraq ən yüksək yüksəlişi göstərib.
Monetar.az xəbər verir ki, qarğıdalının qiyməti də 1,49 faiz bahalaşıb. Kanola 3,34 faiz, kolza yağı 2,92 faiz, kakao isə 1,74 faiz ucuzlaşıb.
Metallar bazarında litium karbonatın qiyməti 5,42 faiz artıb. Dəmir filizi 1,20 faiz, qızıl isə 0,44 faiz bahalaşıb. Gümüşün qiyməti 0,70 faiz, silisiumun qiyməti isə 0,63 faiz azalıb.
Enerji məhsulları arasında ən böyük ucuzlaşma koks kömüründə qeydə alınıb. Onun qiyməti 5,82 faiz aşağı düşüb.
Bundan başqa, mazut 5,07 faiz, propan 2,89 faiz, “Brent” markalı neft 2,58 faiz, WTI markalı neft isə 2,54 faiz ucuzlaşıb.
Təbii qazın qiymətində isə artım müşahidə olunub. Böyük Britaniyada qaz 4,03 faiz, Avropada 3,95 faiz, Almaniyada isə 3,61 faiz bahalaşıb.