Cəbrayılda dəmir yolu xəttinin tikintisinə 18 milyon manat ayrılır

Cəbrayılda dəmir yolu xəttinin tikintisinə

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında dalan dəmir yolu xətti infrastrukturunun yaradılması ilə bağlı tikinti-quraşdırma işləri satınalmaya çıxarılıb. Monetar.az xəbər verir ki, layihənin ehtimal olunan qiyməti 18 milyon 44 min 531,68 manatdır.

Satınalma İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi tərəfindən həyata keçirilir. Müsabiqənin nömrəsi 2026/AT/03584/V2-dir.

Təkliflərin təqdim olunması üçün son tarix 9 sentyabr 2026-cı il, saat 17:30 müəyyən edilib. Zərflər də həmin tarix və saatda açılacaq.

Layihə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının dəmir yolu nəqliyyatına çıxışının təmin edilməsi baxımından əhəmiyyət daşıyır.