Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

Şəhərətrafı qatarların hərəkət cədvəli

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) avqustun 25-dən Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək.

QSC-dən AZƏRTAC-a bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a artırılacaq. Avqustun 25-dən etibarən yeni hərəkət cədvəlləri www.ady.az saytında və “ADY Mobile” tətbiqində aktiv olacaq.

“Bir daha qeyd edirik ki, bu dəyişiklik müvəqqətidir. Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək”, - deyə məlumatda qeyd edilir.

Sərnişinlərdən səfərlərini planlaşdırarkən yenilənmiş hərəkət cədvəli ilə əvvəlcədən tanış olmaları xahiş olunur.

Yeni cədvəllər: https://sml.az/25-avqust-qrafik