Azərbaycanda mənzil fondunun böyük hissəsini 3 və 4 otaqlı mənzillər təşkil edir. Monetar.az xəbər verir ki, təqdim olunan statistik məlumatlara əsasən, ölkədə ümumilikdə 1 milyon 489 min 434 mənzil qeydə alınıb.
Məlumata görə, mənzillərin 184 min 664-ü birotaqlı, 486 min 133-ü ikiotaqlı, 494 min 455-i üçotaqlı, 228 min 657-si dördotaqlı, 95 min 525-i isə beş və daha çox otaqlıdır.
Beləliklə, ölkədə ən çox üçotaqlı mənzillər qeydə alınıb. Onların sayı 494 min 455 təşkil edir.
İkinci yerdə 486 min 133 mənzillə ikiotaqlı, üçüncü yerdə isə 228 min 657 mənzillə dördotaqlı evlər qərarlaşıb.
Birotaqlı mənzillərin sayı 184 min 664, beş və daha çox otaqlı mənzillərin sayı isə 95 min 525 olub.