"BMW" və "Kith" lüks nərd dəsti təqdim ediblər

"BMW" və "Kith" lüks nərd dəsti

"BMW" şirkəti Amerikanın "Kith" brendi ilə əməkdaşlıq çərçivəsində geyim, aksessuarlar, ev əşyaları və avtomobillərin miqyaslı modellərindən ibarət yeni kolleksiya təqdim edib. Kolleksiyaya qiyməti 935 avro olan lüks nərd dəsti də daxildir.

Nərd taxtası avtomobil interyeri üslubunda hazırlanıb, "Camel" rəngli təbii inək dərisi ilə üzlənib, qızılı folqa işləmələri və "BMW" loqosu ilə bəzədilib. Dəstə "BMW" və "Kith" loqotipləri həkk olunmuş 30 metal daş, doqquz metal zər və dəri ilə üzlənmiş zər stəkanı daxildir. Taxtanın ölçüləri 51,6 × 33 sm-dir.

Kolleksiyadakı bütün məhsullar "BMW"nin tarixi "Inka Orange" rəng çaları ətrafında formalaşdırılıb. Bu rəngdə çantalar, fincanlar, gödəkçələr, pul kisələri və "BMW 3.0 CSi" modelinin metal miqyaslı nüsxəsi də təqdim olunur.

Bundan əvvəl "BMW" və "Kith" birgə əməkdaşlıq çərçivəsində birinci və sonuncu nəsil "X5" krossoverlərinə həsr olunmuş xüsusi layihə də təqdim etmişdilər.

MONETAR.AZ