Adambaşına ən çox su istifadə edən ölkələr

Adambaşına ən çox su

İslandiya adambaşına düşən bərpa olunan şirin su ehtiyatlarının həcminə görə dünyada birinci yerdə qərarlaşıb.

 Monetar.az xəbər verir ki, bu barədə  “Our World in Data” və “Statista” məlumatları əsasında hazırlananaraşdırmada qeyd olunub.

 Məlumata görə, İslandiyada adambaşına ildə 15,7 milyon kubfut bərpa olunan şirin su ehtiyatı düşür. Qayana 10,4 milyon kubfutla ikinci, Surinam isə 5,6 milyon kubfutla üçüncü yerdədir.

 İlk onluqda, həmçinin Butan, Papua-Yeni Qvineya, Kanada, Norveç, Qabon, Yeni Zelandiya və Solomon adaları yer alıb.

 ABŞ adambaşına şirin su ehtiyatlarının həcminə görə 54-cü yerdə qərarlaşıb. Ölkədə bu göstərici 297 min kubfut təşkil edir. Bununla yanaşı, ABŞ adambaşına su götürülməsinin həcminə görə dünyada altıncıdır.

 Su götürülməsinə görə ilk pillədə Monteneqro qərarlaşıb. Bu ölkədə adambaşına 127 min kubfut su götürülür. Türkmənistan 85 min kubfutla ikinci, Qayana 62 min kubfutla üçüncü yerdədir.

Araşdırmada vurğulanıb ki, su ehtiyatlarının həcmi ilə su götürülməsi eyni göstərici deyil. Kənd təsərrüfatı, sənaye, enerji istehsalı və əhali sayı ölkələrin su tələbatına ciddi təsir göstərir.

 Ekspertlərə görə, xüsusilə kənd təsərrüfatının, şəhərlərin, məlumat mərkəzlərinin və sənaye müəssisələrinin inkişaf etdiyi ərazilərdə su ehtiyatlarının çox olması belə yerli səviyyədə su çatışmazlığı riskini aradan qaldırmır.