BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı növbəti iclasını avqustun 24-də keçirəcək. Monetar.az xəbər verir ki, iclasın Qərb ölkələrinin təşəbbüsü ilə çağırılması nəzərdə tutulur.
BMT Təhlükəsizlik Şurasının iş proqramına əsasən, Ukrayna ilə bağlı məsələ avqustun 24-də müzakirə olunacaq.
İclasda Ukraynadakı mövcud vəziyyət və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi gözlənilir.