Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib

Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq sərəncam imzalayıb:

Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edilsin.