M6 ekspres marşrutu bu gündən “Koroğlu”ya qədər uzadılacaq

M6 ekspres marşrutu bu gündən

Bakıda M6 nömrəli ekspres avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. Monetar.az xəbər verir ki, dəyişiklik avqustun 24-dən qüvvəyə minəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, M6 nömrəli ekspres avtobuslar “Nizami” metrostansiyasından keçəcək və burada aralıq dayanacaq edəcək.

Eyni zamanda, marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası təyin olunacaq.

Bununla da M6 nömrəli ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” metrostansiyalarını əlaqələndirəcək.

Dəyişiklik vətəndaş müraciətləri və aparılan təhlillər nəzərə alınmaqla, “Koroğlu” metrostansiyasından “Elmlər Akademiyası” və “Nizami” istiqamətlərində sərnişin tələbatının daha yaxşı qarşılanması məqsədilə həyata keçirilir.