Bakının Bakıxanov qəsəbəsində aparılan təmir işləri səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyətlərə görə, 78 nömrəli marşrut üzrə avtobusların hərəkəti alternativ olaraq Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri istiqamətində təşkil edilib.
Dəyişikliyin təmir işləri başa çatanadək qüvvədə qalacağı bildirilir.