İlham Əliyev Türkmənistanla imzalanmış digər sənədləri də təsdiqləyib

İlham Əliyev Türkmənistanla imzalanmış digər

Monetar.az President.az-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq fərmanlar imzalayıb.

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiqləyib. Bununla bağlı dövlət başçısı Fərman imzalayıb.

"2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin", - Fərmanda deyilir.

Prezident İlham Əliyev həmçinin, "Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol" da təsdiq edilib.

Eləcə də, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş"i təsdiq edib.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.