Azərbaycanda 6 ayda 533 yol qəzası baş verib

Azərbaycanda 6 ayda

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi baş verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hadisələr nəticəsində 689 nəfər zərər çəkib. Onlardan 285 nəfər həlak olub, 404 nəfər isə yaralanıb. Zərərçəkənlərin ümumi sayı illik müqayisədə 15,1% azalıb.

Qəzaların 83,7%-i, yəni 446 hadisə yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində 201 nəfər ölüb, 379 nəfər yaralanıb. Yaşayış məntəqələrində baş verən qəzalarda ölənlərin sayı 9,9%, yaralananların sayı isə 19,7% azalıb.

Hadisələrin 44,3%-i gecə, 38,6%-i gündüz, 17,1%-i isə toran vaxtı qeydə alınıb. Qəzaların 34,3%-i şənbə və bazar günlərinə təsadüf edib.

Hadisələrin 43,9%-i nəqliyyat vasitələri ilə piyadaların, 36%-i bir neçə nəqliyyat vasitəsinin, 20,1%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Qəzalar nəticəsində həlak olanların 78,9%-ni, yaralananların isə 72,3%-ni kişilər təşkil edib.

Ümumilikdə, 2026-cı ilin ilk yarısında yol-nəqliyyat hadisələrinin sayında azalma qeydə alınsa da, magistral yollarda baş verən qəzaların sayı artıb. Belə ki, ilin ilk altı ayında magistral avtomobil yollarında 87 qəza baş verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur.

MONETAR.AZ