Azərbaycandan tranzit olaraq Ermənistana daha bir taxıl partiyası göndərilib

Azərbaycandan tranzit olaraq Ermənistana daha bir

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib.

Avqustun 21-də Biləcəri dəmir yolu stansiyasından Böyük Kəsik istiqamətində 11 vaqondan ibarət 1 108 ton buğda və 4 vaqonda 273 ton arpa yola salınıb.

Bununla da Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana həyata keçirilən taxıl tədarükünün həcmi daha da artıb.

Məlumata görə, indiyədək bu marşrut üzrə Ermənistana 47 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Azərbaycan üzərindən Ermənistana digər məhsulların tədarükü də həyata keçirilir. İndiyədək ölkəyə 15 min tona yaxın dizel yanacağı, həmçinin təxminən 5 min ton Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.

Beləliklə, Azərbaycan ərazisindən tranzit daşımalar Rusiya ilə Ermənistan arasında müxtəlif növ yüklərin nəqlində istifadə olunan marşrutlardan birinə çevrilib.