Türkiyədə ev alma ehtimalı ilin ən aşağı səviyyəsinə düşüb

Türkiyədə ev alma ehtimalı ilin

Türkiyədə istehlakçıların mənzil alma ehtimalı 14,9 faizə enərək 2026-cı ilin ən aşağı səviyyəsinə düşüb.

Monetar.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının məlumatları əsasında aparılan hesablamalara görə, istehlakçıların mənzil alma meyli bu il 17,4 faizədək yüksəldikdən sonra yenidən azalmağa başlayıb.

2021-ci ildən etibarən dalğalı dinamika nümayiş etdirən mənzil alma ehtimalı 2022-ci ilin ilk yarısında təxminən 6 faizə qədər geriləyib. 2023-cü ildən etibarən isə göstəricidə yüksəliş müşahidə olunub.

2026-cı ildə mənzil alma ehtimalı 17,4 faizlə son illərin ən yüksək səviyyələrindən birinə çatıb. Bundan sonra göstərici aşağı istiqamətdə hərəkət edib və hazırda 14,9 faiz təşkil edir.

Məlumatlar mənzil alma ehtimalındakı dəyişikliklərin son dövrdə qızılın qiymətindəki hərəkətlə də müəyyən paralellik göstərdiyini ortaya qoyur. 2021–2026-cı illəri əhatə edən göstəricilərə əsasən, dollar ifadəsində bir unsiya qızılın qiymətindəki artımla mənzil alma ehtimalının yüksəlişi əsasən eyni istiqamətdə dəyişib.

Son dövrdə isə hər iki göstəricidə aşağı yönlü düzəliş müşahidə olunur.

Mənzil alma ehtimalının 14,9 faizə enməsi Türkiyədə istehlakçıların daşınmaz əmlak bazarına marağının 2026-cı ildə indiyədək ən zəif səviyyəyə düşdüyünü göstərir.