Bakı Şəhər İşığı 1,6 milyon manatlıq tender elan edib
“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi çıraqların və ehtiyat hissələrinin satın alınması ilə bağlı 1,635 milyon manatlıq açıq tender elan edib.
Monetar.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 1 milyon 635 min 161,93 manat müəyyənləşdirilib.
Tender çərçivəsində 100 vatt və 150 vatt gücündə tənzimlənən işıqlandırıcı çıraqlar, LED driverlər, gərginlik qoruyucuları, alüminium gövdələr, optik linzalar, LED işıq lövhələri və reflektorların alınması nəzərdə tutulur.
Ən böyük həcmdə satınalma 100 vatt gücündə tənzimlənən işıqlandırıcı çıraqlara aiddir. Belə çıraqlardan 8 900 ədəd alınması planlaşdırılır.
Təkliflərin təqdim edilməsi üçün son tarix 28 sentyabr 2026-cı il, saat 15:00, zərflərin açılışı isə həmin gün və saatda keçiriləcək.