Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin Babək prospektindən Xocalı prospektinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyət aşağıdakı vaxtlarda qüvvədə olacaq:

  • 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək;
  • 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək.

AAYDA sürücülərə qeyd olunan vaxtlarda alternativ marşrutlardan istifadə etməyi, həmçinin aparılan təmir işlərinə anlayışla yanaşmağı tövsiyə edir.