Polşa Mərkəzi Bankı iyulda ehtiyatlarına 7,8 ton qızıl əlavə edib

Polşa Mərkəzi Bankı iyulda ehtiyatlarına

Polşa Mərkəzi Bankının açıqladığı məlumata görə, ölkənin qızıl ehtiyatları iyulun sonunda 20,6 milyon troy unsiyasına (640,2 metrik ton) çatıb. Bu göstərici iyun ayının sonundakı 20,3 milyon troy unsiya ilə müqayisədə artım deməkdir.

İyul ayı ərzində mərkəzi bank rəsmi ehtiyatlarını artırmaq məqsədilə 250 min troy unsiya, yəni 7,8 metrik ton qızıl alıb.

World Gold Council-un məlumatına əsasən, bu alış həcmi Polşa üçün ötən ilin dekabrından bəri ən kiçik aylıq qızıl alışı olsa da, ölkə 2026-cı ildə qızıl ehtiyatlarını artıran mərkəzi banklar arasında hələ də ən iri alıcı olaraq qalır.

Polşa Mərkəzi Bankının sədri Adam Qlyapinski daha əvvəl bildirmişdi ki, qurumun məqsədi ölkənin qızıl ehtiyatlarını 700 metrik tona çatdırmaqdır. Hazırkı göstəriciyə əsasən, bu hədəfə çatmaq üçün təxminən 60 ton əlavə qızıl alınmalıdır.

MONETAR.AZ