ABŞ-də müştəri bağlılığı ən yüksək avtomobil markaları açıqlanıb
2026-cı ildə avtomobil alanların orta hesabla 52%-i əvvəl istifadə etdiyi avtomobil markasına üstünlük verərək həmin marka ilə yenidən avtomobil alıb. Müştəri bağlılığı göstəricisinə görə ilk pillədə “Tesla” qərarlaşıb.
Monetar.az xəbər verir ki, “S&P Global Mobility”nin məlumatlarına əsasən, “Tesla”nın müştəri bağlılığı 64% təşkil edib. Bu göstərici ABŞ üzrə orta səviyyədən 12 faiz bəndi yüksəkdir.
İtaliyanın “Ferrari” markası 61%-lik göstərici ilə ikinci yerdə qərarlaşıb. İlk beşlikdə “Toyota”, “Subaru” və “Honda” da yer alıb.
ABŞ-nin ənənəvi avtomobil istehsalçıları arasında ən yüksək müştəri bağlılığı “Ford”da qeydə alınıb. Markanın göstəricisi 58% təşkil edib.
Reytinqdə ən aşağı müştəri bağlılığı isə “Aston Martin” və “Polestar” markalarında olub. Hər iki markada bu göstərici 37% təşkil edib.
Müştəri bağlılığına görə ən yüksək göstəriciyə malik avtomobil markaları belə sıralanıb:
“Tesla” – 64%
“Ferrari” – 61%
“Toyota” – 60%
“Subaru” – 59%
“Honda” – 58%
“Ford” – 58%
“Chevrolet” – 55%
“Nissan” – 55%
“BMW” – 54%
“Mercedes-Benz” – 54%
“Kia” – 53%
“Hyundai” – 52%
“Lucid” – 50%
“Lexus” – 49%
“Mazda” – 48%
“GMC” – 47%
“Volvo” – 47%
“Porsche” – 46%
“Lincoln” – 45%