2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Monetar.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% azdır.
Gələnlərin ən böyük hissəsini Rusiya vətəndaşları təşkil edib. Onların ümumi sayda payı 28,3% olub. Türkiyə vətəndaşları 20%-lə ikinci, İran vətəndaşları isə 7,9%-lə üçüncü yerdə qərarlaşıb.
Azərbaycana gələnlərin 4,7%-i Gürcüstan, 4,6%-i Qazaxıstan, 3,2%-i Özbəkistan, 3,2%-i Pakistan, 3,1%-i İsrail, 2,6%-i Hindistan, 2,5%-i Çin və 2,3%-i Səudiyyə Ərəbistanı vətəndaşları olub.
Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 8% artaraq 65,9 min nəfərə çatıb. MDB ölkələrindən gələnlərin sayı da 1,6% artaraq 531,3 min nəfər olub. Körfəz ölkələrindən gələnlərin sayı isə 32,8% azalaraq 159,5 min nəfərə düşüb.
Xaricdən Azərbaycana gələnlərin 72,4%-i hava, 26,2%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
Gələnlərin 67,4%-ni kişilər, 32,6%-ni qadınlar təşkil edib.