Sosial ödənişlərin verilməsi bu gün yekunlaşır

Sosial ödənişlərin verilməsi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının avqustun 25-də ödənilməsi nəzərdə tutulub.

Monetar.az xəbər verir ki, bununla da respublika üzrə avqust ayı üzrə bütün sosial ödənişlərin verilməsi yekunlaşdırılmış olacaq.

Vətəndaşlar müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarını həmin tarixdə müvafiq ödəniş vasitələri ilə əldə edə biləcəklər.