Kirayə ev axtaranlara şad xəbər: qiymətlər düşüb

Kirayə ev axtaranlara şad xəbər:

İyul ayında Azərbaycanda kirayə və icarə bazarında qiymətlər aşağı düşüb. Monetar.az xəbər verir ki, Qiymətləndiricilər Palatasının məlumatına görə, xüsusilə kommersiya obyektlərinin icarəsində daha ciddi ucuzlaşma qeydə alınıb.

Yeni tikili mənzillərin kirayəsində iyul ayında orta median qiymət 10,59 AZN/m² olub. Bu göstərici iyun ayı ilə müqayisədə 3,2% aşağıdır.

Fərdi yaşayış evlərinin kirayəsində median qiymət 15,71 AZN/m² təşkil edib. İyun ayı ilə müqayisədə bu seqmentdə qiymətlər 1,8% azalıb. Bununla belə, fərdi evlərin kirayə qiymətləri hələ də yüksək səviyyədə qalır.

Kommersiya obyektlərinin icarəsində isə iyul ayında median qiymət 14,81 AZN/m² olub. Qiymətləndiricilər Palatasının məlumatına əsasən, bu, iyun ayı ilə müqayisədə 7,4% azalma deməkdir.

Beləliklə, Qiymətləndiricilər Palatasının göstəriciləri iyul ayında kirayə və icarə bazarında qiymətlərin əvvəlki ayla müqayisədə aşağı düşdüyünü göstərir.