Bu gün Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Bu gün Bakı metrosunun iş rejimi

Bu axşam saat 20:45-də “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, qarşılaşma penaltilər seriyasına qədər davam edərsə, metro stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Matçla əlaqədar “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq, həmçinin növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi ayrılacaq.

Bundan başqa, “Nərimanov” və “28 May” stansiyalarında da sərnişin sıxlığının qarşısının alınması məqsədilə əlavə tədbirlər görüləcək.

Gün ərzində qatarların hərəkəti isə mövcud qrafik üzrə davam etdiriləcək.