Avqustun 25-də keçiriləcək hərracda 31 nəqliyyat vasitəsi satışa çıxarılacaq. Hərrac saat 10:00-da başlayacaq.
Monetar.az xəbər verir ki, satışa çıxarılan nəqliyyat vasitələri Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına məxsusdur.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin start qiymətləri 1 000 manatdan başlayır. Siyahıda minik avtomobilləri, yük maşınları, xüsusi texnikalar, yükləyicilər və ekskavator-yükləyicilər yer alır.
Ən yüksək start qiyməti 8 400 manat olan KAMAZ 43114 yük avtomobili üçün müəyyən edilib.