Kömürün tonu 140 dollara qalxıb

Kömürün tonu

Nyukasl limanında energetik kömürün qiyməti iyul ayında 5 faiz artaraq ton üçün 140 dollara yaxınlaşıb. Avqustun əvvəlindən isə qiymət təxminən 2,25 faiz yüksəlib.

 Monetar.az xəbər verir ki, kömür bazarında qiymətlərin yüksək səviyyədə qalmasına Yaxın Şərqdəki qeyri-müəyyən vəziyyət və Çində kömürə olan tələbat təsir göstərir.

 Çində kömür hasilatı ilin ilk yeddi ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 faiz azalaraq 2,7 milyard ton təşkil edib.

 Qlobal dəniz yolu ilə kömür daşımalarında da fərqli tendensiyalar müşahidə olunur. İyul ayında dünya üzrə dəniz yolu ilə kömür daşımalarının həcmi illik ifadədə 1 faiz artaraq 116,5 milyon tona çatıb.

 Bu dövrdə energetik kömür daşımaları 87,3 milyon tona qədər azalıb. Metallurgiya kömürünün tədarükü isə artaraq 27,2 milyon tona çatıb.

 Energetik kömür ticarətində zəifləmənin əsasən Avropa və ABŞ bazarlarında müşahidə olunduğu bildirilir.