Avropada qazın spot qiyməti 800 dolları ötüb

Avropada qazın spot qiyməti

Avropada qazın spot qiyməti min kubmetr üçün 810 dollara yüksəlib.

 Monetar.az xəbər verir ki,  bağlanış qiymətləri 2022-ci ilin dekabrından bəri ən yüksək göstəricidir. Cari ilin martında isə Qətərdə maye təbii qaz istehsal müəssisələrinə zərbələrdən sonra gün ərzində qiymətlər 830 dollara qədər yüksəlmişdi.

 Avropanın qaz anbarlarında ehtiyatların səviyyəsi də diqqət çəkir. Hazırda Avropa İttifaqının yeraltı qaz anbarları təxminən 63 faiz doludur.

 Bu göstərici Gas Infrastructure Europe təşkilatının 2011-ci ildən apardığı müşahidələrə əsasən, müvafiq tarix üçün ən aşağı səviyyədir.

 Avropada qaz ehtiyatlarının aşağı olması qarşıdakı soyuq mövsümdə istehlakçıların etibarlı qaz təchizatı ilə bağlı riskləri artırır.