Azərbaycana 595 min ədəd top gətirilib

Azərbaycana 595 min ədəd

2026-cı ilin müvafiq dövründə Azərbaycana ümumilikdə 595 322 ədəd hava ilə doldurulmuş top idxal edilib və onların ümumi dəyəri 549,29 min ABŞ dolları təşkil edib. Monetar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal olunan topların bir ədədinin orta gömrük dəyəri təxminən 0,92 ABŞ dolları, yəni 1,56 manat olub.

İdxalın əsas hissəsi Çinin payına düşüb. Belə ki, Çindən Azərbaycana 562 410 ədəd top gətirilib və bunun dəyəri 416,85 min ABŞ dolları olub.

İdxal olunan topların sayına görə Özbəkistan 17 760 ədədlə ikinci, Pakistan 8 327 ədədlə üçüncü yerdə qərarlaşıb. Tailanddan 4 457, Vyetnamdan 920, İndoneziyadan 477, İrandan 400, Hindistandan 210, Tayvandan 108, İspaniyadan 115, Türkiyədən 36, Fransadan 35, İtaliyadan 12, Yaponiyadan isə 5 ədəd top idxal olunub.

Beləliklə, hesabat üzrə Azərbaycana idxal edilən topların ümumi sayı 595 322 ədəd, ümumi idxal dəyəri isə 549,29 min ABŞ dolları təşkil edib.