Tunisdə tədavüldə olan nağd pulun həcmi rekord həddə yüksəlib. Mərkəzi Bankın məlumatına görə, avqustun 21-nə ölkədə dövriyyədə olan əskinas və sikkələrin ümumi dəyəri 30 milyard Tunis dinarına (10,5 milyard dollar) çatıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur. 2025-ci ilin avqustunda tədavüldə olan nağd pulun həcmi 25,9 milyard dinar təşkil edib.
Nağd pul dövriyyəsinin sürətlə artması vəsaitlərin daha böyük hissəsinin bank hesablarından kənarda saxlanıldığını göstərir. Bu isə bankların əhali və biznes üçün kredit resurslarını məhdudlaşdırmaqla yanaşı, likvidliyin idarə olunmasını da çətinləşdirə bilər.
Maliyyə analitikləri artımın səbəblərindən biri kimi ötən il qüvvəyə minən çeklərlə bağlı yeni qaydaları göstərirlər. Dəyişikliklər bank çeklərindən istifadə şərtlərini sərtləşdirib, geri qaytarılan və etibarsız çeklərlə bağlı cərimələri isə artırıb.
Yeni tələblər fonunda müəssisə və fiziki şəxslərin ödənişlərdə nağd pula daha çox üstünlük verməsi ölkədə tədavüldə olan pul kütləsinin artmasına səbəb olub.
MONETAR.AZ