Azərbaycanda sığorta bazarında artım davam edib. 2026-cı ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən 1 milyard 6,4 milyon manat sığorta haqqı toplanılıb.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi isə daha sürətli artıb. Belə ki, müştərilərə 671,4 milyon manat məbləğində sığorta ödənişi edilib ki, bu da illik ifadədə 26,9 faiz artım deməkdir.
Beləliklə, ilin ilk yeddi ayında sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının təxminən 66,7 manatı ödənişlərə yönəlib.