Sığorta şirkətləri 7 ayda 1,6 milyard manat topladı – lider dəyişmədi

Sığorta şirkətləri 7 ayda 1,6 milyard manat topladı –

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 1 milyard 6,4 milyon manat sığorta haqqı toplayıb. Monetar.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.

Sığorta haqlarının həcminə görə ilk sırada “PAŞA Həyat Sığorta” qərarlaşıb. Şirkət 472,1 milyon manat sığorta haqqı toplayıb. Bu, illik müqayisədə 8,8% artım deməkdir.

İkinci yerdə 248,9 milyon manatla “PAŞA Sığorta”, üçüncü yerdə isə 67,4 milyon manatla “Atəşgah Həyat Sığorta” qərarlaşıb. Bu şirkətlərin sığorta haqları müvafiq olaraq 11,5% və 3% artıb.

Yanvar-iyul aylarında sığorta haqlarında ən yüksək artım “Meqa Həyat Sığorta”da qeydə alınıb. Şirkətin topladığı sığorta haqları 85,2% artaraq 17,4 milyon manata çatıb.

“İpək Yolu Sığorta” – 50,2%
“Atəşgah Sığorta” – 36,2%
“Aqro Sığorta” – 25,6%
“Xalq Həyat Sığorta” – 18,3%
“PAŞA Sığorta” – 11,5%
“PAŞA Həyat Sığorta” – 8,8%
“Meqa Sığorta” – 4,2%
“Atəşgah Həyat Sığorta” – 3%
Sığorta haqları azalan şirkətlər

Hesabat dövründə bir sıra şirkətlərdə sığorta haqlarının məbləği azalıb. Ən böyük azalma “Qala Sığorta”da qeydə alınıb – 30,2%. Şirkət 37,5 milyon manat sığorta haqqı toplayıb.

“Azərbaycan Sənaye Sığorta” – 13,3%
“AzSığorta” – 9,2%
“Qala Həyat Sığorta” – 3,6%
“Xalq Sığorta” – 1,8%

“A-Qrup Sığorta”nın topladığı sığorta haqlarında isə illik dəyişiklik olmayıb və göstərici 10 milyon manat təşkil edib.