Bitkoin 80 min dollara yaxınlaşıb

Bitkoin 80 min dollara

Bitcoinin qiyməti bazar ertəsi keçirilən hərraclarda 80 min dollar həddinə yaxınlaşıb, lakin bu səviyyəni keçə bilməyib.

Monetar.az xəbər verir ki,  Bitkoinin qiyməti 1,73 faiz artaraq 79 082 dollar olub. Gün ərzində kriptovalyutanın qiyməti 79 979 dollara qədər yüksəlib.

ABŞ-da spot Bitkoin ETF-lərinə vəsait axınının güclənməsi kriptovalyuta bazarında yüksəlişin davam etdiyini göstərir.

Məlumata görə, ABŞ birjalarında listinqdə olan 13 spot ETF ötən həftə ümumilikdə 1,92 milyard dollar vəsait cəlb edib. Bu, ötən ilin oktyabrından bəri ən yüksək həftəlik göstəricidir.

ETF-lərə ən böyük gündəlik vəsait axını isə avqustun 20-də qeydə alınıb. Həmin gün fondlara 606,3 milyon dollar daxil olub.

Bitkoin ötən həftə təxminən 23 faiz bahalaşıb. Bu, üç ildən çox müddətdə kriptovalyutanın ən böyük həftəlik artımı olub.

Ötən həftə ETF-lərə daxil olan vəsaitin 1,3 milyard dolları “BlackRock” şirkətinin iShares Bitcoin Trust fondunun payına düşüb. Buna baxmayaraq, ilin əvvəlindən bu fondlardan ümumilikdə təxminən 2,9 milyard dollar vəsait çıxarılıb.