Avqustun 26-da dövlət mülkiyyətinə keçirilmiş malların gömrük hərracı keçiriləcək.
Hərraca ümumilikdə iki lot çıxarılıb. İlk lotda 4 464 qutu dekorativ mərmər daşın hər biri 3,75 manat olmaqla ümumi start qiyməti 16 740 manat müəyyən edilib. Bu lot üzrə 5 faizlik beh 837 manat, iştirak haqqı isə 83,70 manatdır.
İkinci lota müxtəlif ölçülü keramoqranit və mərmər daşlar daxildir. Lotun start qiyməti 13 171,60 manat, 5 faizlik beh 658,58 manat, iştirak haqqı isə 65,86 manatdır. Lotda 70 qutu 900×300×10 mm ölçülü keramoqranit, 42 qutu 800×800×10 mm ölçülü keramoqranit, həmçinin müxtəlif növ və ölçüdə mərmər daşlar var.
Mallar beşinci dəfə 50 faiz aşağı salınmış qiymətlə təkrar hərraca çıxarılır.
Hərrac 26 avqust 2026-cı il saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.