“Göygöl Şərab Zavodu” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Monetar.az xəbər verir ki, yığıncaq 5 oktyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, H. Əliyev prospekti 2 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin cari məsələlərinin həlli daxil edilib.
Gündəlik üzrə məlumatları həftənin bazar ertəsi–cümə günləri saat 14:00-dan 18:00-dək qeyd olunan ünvandan əldə etmək mümkündür.
Yığıncaqda səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə iştirakı tələb olunur. Səhmdarların nümayəndələri isə notariat qaydasında təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə iştirak edə bilərlər.