Qızılın qiyməti 3 ayın zirvəsindən endi – Bazarda nə baş verir?

Qızılın qiyməti 3 ayın zirvəsindən endi –

Qızılın qiyməti  4 620 dollar səviyyəsinə düşüb. Qiymət gün ərzində 4 696,2 dollara yüksələrək üç aydan çox müddətin ən yüksək göstəricisinə çatıb.

Monetar.az xəbər verir ki,  qızılın bahalaşması ABŞ-da inflyasiya göstəricilərinin açıqlanması və ABŞ Federal Ehtiyat Sisteminin sədri Kevin Uorşun bu həftə Cekson-Houl simpoziumunda çıxışı öncəsi zəifləyib.

 İnvestorlar ABŞ Maliyyə Nazirliyinin uzunmüddətli istiqrazların geri alınması üzrə əməliyyatların həcmini iki dəfə artırmaq qərarını da qiymətləndirirlər. Bu qərar ötən həftə dolların üç aydan çox müddətin minimumuna enməsinə təsir göstərib.

 Hazırda bazar iştirakçıları sentyabr ayında ABŞ-da faiz dərəcəsinin artırılması ehtimalını 38 faiz qiymətləndirirlər.

 Bu arada, Çinin Honq-Konq vasitəsilə xalis qızıl idxalı iyul ayında aylıq ifadədə təxminən 11 faiz artıb. Artım əsasən investisiya tələbinin güclənməsi ilə əlaqələndirilir.

 Geosiyasi vəziyyət də qızıl bazarının diqqət mərkəzində qalır. İran ABŞ-ın genişləndirilmiş sanksiyalarına qarşı müqavimət göstərəcəyini açıqlayıb və əsas ticarət tərəfdaşlarının bu təzyiq siyasətini qəbul etməyəcəyinə əminliyini ifadə edib. Tehran eyni zamanda Vaşinqtonun danışıqları bərpa etməkdə maraqlı olduğunu bildirib.