Laçın və Kəlbəcərdə 4 SES layihəsi: Sakinlərlə görüş keçiriləcək

Laçın və Kəlbəcərdə 4 SES layihəsi:

“Green Karabakh Energy” MMC Kəlbəcər və Laçın rayonlarında dörd kiçik su elektrik stansiyasının tikintisi layihəsi ilə bağlı sakinlərlə görüş keçirəcək.

Monetar.az xəbər verir ki, görüşdə layihənin təqdimatı keçiriləcək və sakinləri maraqlandıran suallar cavablandırılacaq.

Görüşdə Laçın rayonunun Minkənd, Malıbəy, Bozlu və Qalaca kəndlərinin, həmçinin Kəlbəcər rayonunun Tərtər qəsəbəsinin sakinləri iştirak edə bilərlər.

Görüş 26 sentyabr 2026-cı il tarixində saat 11:00-dan 12:00-dək Bakı şəhəri, H. Əliyev prospekti 152, “Çinar Plaza”nın 4-cü mərtəbəsindəki konfrans zalında keçiriləcək.